Tələbə-jurnalistlər Naxçıvan televiziyasında təcrübə keçirlər
sizinxeber.az xəbər saytı

Tələbə-jurnalistlər Naxçıvan televiziyasında təcrübə keçirlər


Naxçıvan Dövlət Universiteti (NDU) jurnalistika ixtisası üzrə təhsil alan dördüncü kurs tələbələri Naxçıvan teleradiosunun müxtəlif redaksiyalarında təcrübələrə cəlb ediliblər.

"Report"un yerli bürosunun məlumatına görə, tələbələr xəbərlərin çəkilişi və hazırlanması, müsahiblərlə iş, montaj, təqdimat və nitq mədəniyyəti üzrə praktik fəaliyyətləri mənimsəyiblər, veriliş və proqramların hazırlanmasında iştirak ediblər.

Səlis nitq və təqdimat üzrə təlimlər teleaparıcı Vüsalə Səid tərəfindən keçirilib.

Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin sədri Sahil Tahirli təcrübəçi tələbələrlə görüşündə bildirib ki, son illər NDU-nun jurnalistika ixtisasını bitirən 20-dən artıq məzun Naxçıvan televiziyasında işlə təmin edilib. Hazırda təcrübə keçən tələbələrin isə 4 nəfəri - Əli Yarıyev, Şəfa Səfərova, Sacidə Hüseynova və Tərlan İbrahimova isə artıq 2 ildir ki, televiziyada yarım ştat vahidi ilə işləyirlər.

Görüşdə bu il Milli Mətbuatın 150 illik yubileyinin keçiriləcəyi qeyd olunub, yeni nəsil gənc jurnalistlərin bu şərəfli tarixin daşıyıcıları olduqları diqqətə çatdırılıb.

Tələbələr hazırladıqları sujet, veriliş və təqimatlar barədə məlumat verib, təcrübə müddətində birgə videoçarx və qısametrajlı filmlər hazırlayacaqlarını vurğulayıblar.

Oxşar xəbərlər

Sahil Tahirli: NTV-nin peyk üzərindən bütün dünyaya yayımlanması üçün ilkin hüquqi əsas yaradılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Naxçıvan Muxtar Respublikasının Televiziya və Radio Şurası ləğv edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Naxçıvanda jurnalistika ixtisası üzrə qabiliyyət imtahanı keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Naxçıvan TV” yerüstü yayıma keçir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının sədri vəfat edib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle