MEDİA: Cəmiyyəti saxta və yalan məlumat əsaslı kampaniyaların təsirinə düşməməyə çağırırıq
Bir sıra sosial şəbəkə istifadəçiləri tərəfindən Gəncə şəhəri ətrafında partlayış səslərinin eşidilməsi və təcili tibbi yardım maşınlarının intensiv hərəkətinin müşahidə olunması ilə bağlı paylaşılan məlumatlar həqiqəti əks etdirmir və cəmiyyətdə süni ajiotaj yaratmağa yönəlib.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyinin yaydığı məlumatda bildirilib.
Qeyd edilib ki, Müdafiə Nazirliyi cari ilin hazırlıq planına uyğun olaraq, Quru Qoşunları bölmələrinin Seyfəli poliqonunda taktiki təlim keçirib və narahatlığa heç bir əsas olmadığı vurğulanıb.
"Sosial şəbəkə seqmentində bu tipli yalan məlumatların yayılmasını və təkrar tirajlanmasını yolverilməz hesab edirik.
Cəmiyyəti yalnız rəsmi mənbələrin verdiyi məlumatlara inanmağa, jurnalistləri, ictimai fəalları bu kimi hallara qarşı hər zaman prinsipiallıq nümayiş etdirməyə, saxta və yalan məlumat əsaslı kampaniyaların təsirinə düşməməyə çağırırıq", - vurğulanıb.
Oxşar xəbərlər
MEDİA: Gəncədə partlayış səsləri ilə bağlı məlumatlar həqiqəti əks etdirmir, poliqonda təlim keçirilir
MEDİA: İsrailin öz hərbçilərinə Azərbaycanda qalmağı qadağan etməsi dezinformasiyadır
Agentlik: SOCAR-ın Sumqayıtdakı zavodlarından birində yanğınla bağlı məlumat həqiqəti əks etdirmir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
XİN başçısı: Serbiya və Xorvatiya arasında açıq qalan məsələlərin siyasiləşdirilməsindən çəkinmək lazımdır
-
Britaniyada iki qatar toqquşub, 89 nəfər yaralanıb
-
Konqoda eboladan ölənlərin sayı 245-ə çatıb
-
ABŞ-nin yeni hərbi kontingentinin Litvaya gəlişinin anonsu verilib
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
