MEDİA rəsmisi: Region jurnalistləri üçün bir sıra layihələrin həyata keçirilməsi nəzərdə tutulub
Region mediasında fəaliyyət göstərən jurnalistlər üçün bir sıra layihələrin həyata keçirilməsi nəzərdə tutulub.
“Report”un Qərb bürosunun məlumatına görə, bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) şöbə müdiri Səidə Şəfiyeva Gəncədə jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, MEDİA region jurnalistləri üçün müəyyən layihələrin gerçəkləşdirilməsini nəzərdə tutur:
“Medianın İnkişafı Agentliyi tərəfindən region mediasının ümumi vəziyyəti və inkişaf perspektivləri daim diqqət mərkəzində saxlanılır. Qeyd etməliyəm ki, bu günə qədər müxtəlif regionlarda media subyektlərinin nümayəndələri, bölgə ictimaiyyəti və gənclərlə bir çox görüşlər, seminarlar keçirilib, həmin tədbirlərdə əhəmiyyətli nəticələr əldə olunub.
Bu gün Gəncədə media mühitinin hüquqi tənzimlənməsi ilə bağlı, həm də sosial mediada jurnalistlərin peşə davranış qaydaları ilə bağlı növbəti təlimlərimiz baş tutdu.
Ümumilikdə region mediasının inkişafı istiqamətində nəzərdə tutulan illik iş planımızda fərqli bölgələrdə fəaliyyət göstərən media nümayəndələri arasında qarşılıqlı səfərlərin təşkili, eyni zamanda, jurnalistlərin təşkil edilən müsabiqələrdə iştirakı məqsədi ilə bir sıra layihələrin həyata keçirilməsi nəzərdə tutulub”.
Oxşar xəbərlər
Jurnalistlərin sosial təminatının yaxşılaşdırılması üçün yeni layihələr nəzərdə tutulur [xfgiven_updateblue][/xfgiven_updateblue]
MEDİA-da ATƏT-in DTİHB-nun Seçki Müşahidə Missiyasının nümayəndələri ilə görüş keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gəncədə regional medianın inkişafına həsr olunan tədbir keçirilir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Medianın İnkişafı Agentliyi prezident seçkiləri ilə bağlı bəzi ekspertlərə xəbərdarlıq edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Əhməd İsmayılov: Seçkilərin işıqlandırılmasında iştirak edən media subyektlərinə lazımi şərait yaradılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












