“Yaşıl dünya naminə həmrəylik ili audiovizual mediada” adlı seminar keçirilib
Audiovizual Şurasının və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili audiovizual mediada” adlı seminar keçirilib.
"Sizinxeber.az" xəbər verir ki, seminar Azərbaycanda 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Prezident İlham Əliyevin Sərəncamına əsasən təsdiq edilmiş tədbirlər planı çərçivəsində təşkil olunub.
Tədbirin məqsədi audivizual media subyektlərinin sözügedən mövzuya dair maarifləndirilməsi işinin gücləndirilməsi və bu istiqamətdə görülmüş işlərin nəticələrinin ictimaiyyətə çatıdırılmasıdır.
Tədbirdə Audiovizual Şuranın, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Medianın İnkişafı Agentliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin səlahiyyətli nümayəndələri, audiovizual yayımçıların proqram və efir üzrə rəhbərləri və digər məsul şəxsləri iştirak edib.
Sonda tədbirin sual-cavab sessiyası keçirilib.
Media subyektləri səlahiyyətli nümayəndələrə və digər məsul şəxslərə mövzu ilə bağlı öz suallarını ünvanlayıblar.
Foto: Ehtiram Cəbiyev
Oxşar xəbərlər
İlin sonunadək Azərbaycanda beş milyon ağacın əkilməsi planlaşdırılır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
Qalibaf: Livanın ərazi bütövlüyü təmin olunana qədər mübarizə aparacağıq
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
