Tacikistan və Qırğızıstan dövlət sərhədinin demarkasiya prosesini müzakirə edib
Tacikistan və Qırğızıstan arasında dövlət sərhəd xəttinin demarkasiya prosesinin irəliləməsi məsələsi müzakirə edilib.
“Report” Tacikistan Prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Tacikistan Prezidenti Emoməli Rəhmon və Qırğızıstan Prezidenti Sadır Japarov Çolpon-Ata şəhərində keçirilən işçi görüşdə bu məsələni müzakirə ediblər.
Dövlət başçıları ikitərəfli gündəliyin əsas məsələlərini müzakirə edərək dostluq, mehriban qonşuluq və əməkdaşlıq münasibətlərinin möhkəmləndirilməsinə yönəlmiş səylərini təsdiqləyiblər.
Görüş zamanı tərəflər bu yaxınlarda həyata keçirilmiş qarşılıqlı ali səviyyəli səfərlərin nəticələrini nəzərdən keçirib, ticari-iqtisadi əməkdaşlığın inkişaf perspektivlərini, eləcə də qarşılıqlı fəaliyyətin digər aspektlərini qeyd ediblər.
Bundan başqa, prezidentlər regional və beynəlxalq gündəmin aktual məsələləri barədə fikir mübadiləsi aparıblar.
Oxşar xəbərlər
Özbəkistan, Tacikistan və Qırğızıstan prezidentləri dostluq stelasını açıblar
Qırğızıstan və Tacikistan prezidentləri dövlət sərhədi üzrə müqavilə imzalayıblar
Rəhmon, Mirziyoyev və Japarov Tacikistan, Özbəkistan və Qırğızıstan sərhədlərinin qovşağına dair saziş imzalayıb
Tacikistan və İran prezidentləri Xankəndidə ECO sammiti çərçivəsində ikitərəfli əməkdaşlığı müzakirə ediblər
Qırğızıstan, Tacikistan və Özbəkistan arasında sərhəd məsələləri həllini tapır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













