Bakıda MDB dövlətləri Miqrasiya Orqanları Rəhbərləri Şurasının 29-cu iclası keçirilir
Bakıda Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin Miqrasiya Orqanları Rəhbərləri Şurasının (MORŞ) 29-cu iclası keçirilir.
"Sizinxeber.az" xəbər verir ki, iclasda üzv dövlətlərdə miqrasiyanın vəziyyəti və onların miqrasiyanın müxtəlif sahələrinə dair təcrübələri, miqrasiya proseslərinin tənzimlənməsinin prioritet istiqamətləri müzakirə olunacaq.
Bununla yanaşı, iclasda MDB iştirakçısı olan dövlətlərin miqrasiya sahəsində qəbul edilmiş dövlətlərarası və hökumətlərarası sənədlərinin həyata keçirilməsinin icra vəziyyəti barədə məruzələrin dinlənilməsi, eyni zamanda qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparılaraq müvafiq qərarların qəbulu gözlənilir.
Qeyd edək ki, 8 dövlətin təmsil olunduğu MORŞ 2007-ci il oktyabrın 5-də MDB Dövlət Başçıları Şurasının qərarı əsasında yaradılıb.
Oxşar xəbərlər
Vüsal Hüseynov: MDB dövlətləri ilə Azərbaycan arasında aktiv miqrasiya dinamikası mövcuddur
Prezident İlham Əliyev Moskvada MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edir - YENİLƏNİB
DMX rəisi BMqT-nin Azərbaycandakı nümayəndəsi ilə Bakıda keçiriləcək Nazirlər Konfransını müzakirə edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Türkiyə ABŞ ilə matçda hfasiləyə öndə yollanıb - YENİLƏNİR-4
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
