Fransız Qvianasından olan jurnalist: "Azərbaycan bizim üçün nümunə ola bilər"
3-cü Şuşa Qlobal Media Forumunda iştirak xarici jurnalistlərə Azərbaycanın Qarabağ bölgəsində aparılan tikinti-bərpa işlərinin miqyasını öz gözləri ilə görmək üçün unikal imkan yaratdı.
Bu barədə "Sizinxeber.az"a açıqlamasında Fransız Qvianasından olan jurnalist Xavyer Nelson bildirib.
"Bu, çox faydalı və məzmunlu səfər oldu. Biz bölgə haqqında çox yeni məlumatlar əldə etdik və burada baş verən geniş və düşünülmüş dəyişiklikləri öz gözlərimizlə gördük. Azərbaycanın bu qısa müddətdə nələrə nail olması məni heyrətləndirdi. Azərbaycan güclü və məqsədyönlü ölkədir və mən gördüklərimə yalnız heyran ola bilərəm", - deyə o qeyd edib.
Nelsonun sözlərinə görə, Azərbaycanın təcrübəsi müstəqilliyə və tarixi ədalətin bərpasına can atan xalqlar üçün ilhamverici nümunə ola bilər: "Cənubi Amerikada kiçik bir ölkənin sakini olaraq, hiss edirəm ki, Azərbaycan bizim üçün nümunə ola bilər. Siz müharibədən dərhal sonra təkcə ərazilərin bərpasına deyil, həm də tarixin qorunması işinə başladınız. Bu çox vacibdir. Görünür, burada hər addım düşünülüb və nəticə təsirlidir. Mənim üçün bu həqiqətən ilhamvericidir".
Oxşar xəbərlər
Dominik Monte: Fransa hakimiyyəti Fransız Qvianasında kreol dilini sıxışdırır
Kubanıç Joldoşev: İlham Əliyevin geosiyasi baxışı Şuşa Forumunun iştirakçılarını heyran edib
İngiltərəli səyyah: Qarabağın bərpasında nail olunmuş irəliləyişə heyranam
ABŞ-li səyyah: Bu səfər sayəsində Azərbaycan haqqında faydalı məlumatlar əldə etdim
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
-
Aşura günündə indiyədək 1140,3 litr qan toplanıb - YENİLƏNİB-3
-
“Qızların təhsilinə dəstək” layihəsinin II Məzun Günü keçirilib - FOTO
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
