İsveçli rejissor Skandinaviya ilə Azərbaycan arasındakı tarixi bağları əks etdirən film hazırlayıb
İsveçli rejissor Mikael Silkeberqin norveçli arxeoloq Tur Heyerdalın şimal xalqlarının mənşəyi haqqında geniş maraq doğuran nəzəriyyəsindən ilhamlanaraq çəkdiyi "The Odin Code" sənədli filmi Skandinaviya ilə Azərbaycan arasında az öyrənilmiş tarixi əlaqələrə həsr olunub.
"Report" xəbər verir ki, bu barədə Azərbaycanın İsveçdəki səfiri Zaur Əhmədov Azərbaycan və İsveç arasında diplomatik münasibətlərin qurulmasının 34-cü ildönümü münasibətilə "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.
Səfir qeyd edib ki, 50 dəqiqəlik film tanınmış etnoqraf və tədqiqatçı Tur Heyerdalın maraqlı fərziyyəsinə əsaslanır. Heyerdal Azərbaycanın şimal xalqlarının erkən tarixində mühüm rol oynaya biləcəyini ehtimal edirdi.
"Azərbaycana dəfələrlə səfər etmiş Tur Heyerdal Skandinav mifologiyasının baş tanrısı Odinin qədim Qafqazla bağlılığı olan real tarixi şəxsiyyət ola biləcəyi fərziyyəsini irəli sürmüşdü. Bu cəsarətli ideyalar erkən miqrasiya proseslərinin və Avrasiya xalqlarının ortaq mifoloji köklərinin öyrənilməsi üçün yeni istiqamətlər açdı. Bu nəzəriyyədən ilhamlanan Mikael Silkeberq Azərbaycan və şimal ölkələrinə səyahətə çıxaraq Qafqaz və Skandinaviya arasında mümkün mədəni və tarixi bağları araşdırıb", - diplomat vurğulayıb.
Z.Əhmədov qeyd edir ki, film boyunca rejissor hər iki regionun tarixçiləri, arxeoloqları və etnoqrafları ilə söhbət edərək qədim petroqliflər, mifoloji simvollar, şifahi rəvayətlər və miqrasiya süjetlərindəki oxşarlıqları təhlil edir.
"Film qəti cavablar verməyi məqsəd qoymur, əksinə, bəşəriyyətin ortaq keçmişinin açıq şəkildə araşdırılmasına təşviq etməyə çalışır", - o əlavə edib.
Oxşar xəbərlər
Mikael Silkeberq: Yeni film Skandinaviya ilə Azərbaycan arasında mədəni körpü rolunu oynayacaq
"Folk-caz haqqında hekayə": Azərbaycan və İsveçin mədəni dialoqu haqqında yeni film
İsveçdə "Nuhun izləri" sənədli filminin təqdimatı olub
Fransada Azərbaycanın Milli Film Günü keçirilib
Berlin Beynəlxalq Film Festivalının qalibləri açıqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
DÇ-2026: Türkiyə ABŞ ilə matçda hfasiləyə öndə yollanıb - YENİLƏNİR-4
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
