Azərbaycanın multikulturalizm dəyəri Belçikada - FOTOREPORTAJ
Azərbaycanda multikulturalizm sadəcə mücərrəd bir fikir deyil, cəmiyyətdə kök salmış, dövlət səviyyəsində dəstəklənən və dəstəklənməkdə davam edən canlı reallıqdır.
"Sizinxeber.az"un Avropa bürosunun məlumatına görə, bu barədə Azərbaycanın Belçikadakı səfiri, Avropa İttifaqı yanında Nümayəndəliyinin rəhbəri Vaqif Sadıqov "Azərbaycanın rəngləri: Multikulturalizm ölkəsi" adlı fotosərginin açılışında bildirib.
"Coğrafiyamız tariximizi formalaşdırsa da, xalqımız kimliyimizi formalaşdırıb. Birgə yaşama, multikulturalizm, qarşılıqlı hörmət və qlobalizm üzərində qurulmuş kimlik", - deyə o əlavə edib.
Onun sözlərinə görə, Azərbaycanda müxtəlif dinlərin və etnik qrupların nümayəndələri sülh və harmoniya şəraitində birgə yaşayır, məscidlər, kilsələr və sinaqoqlar yan-yana fəaliyyət göstərir.
Brüsseldəki "Kral Qalliya Klubu"nda keçirilən sərgidə təqdim olunan əsərlərin müəllifi fotoqraf Etibar Cəfərov əsərlərin ərsəyə gəlməsi haqqında danışıb. Brüssel Azad Universitetinin professoru Filipp Hambl və politoloq Mişel İvor Azərbaycana səfərləri ilə bağlı təəssüratlarını bölüşüblər.
Oxşar xəbərlər
Brüsseldə "Azərbaycanın Rəngləri: Multikulturalizm Diyarı" sərgisi təşkil edilib
Prezident: Bu gün Azərbaycan multikulturalizm mərkəzlərindən biridir
Azərbaycanın multikulturalizm və tolerantlıq modeli Almaniyada müzakirə ediləcək
BMTM-nin icraçı direktoru: Azərbaycanın multikulturalizm modeli dünya üçün bir nümunədir
Müstəmləkə siyasəti üzrə mütəxəssis: Azərbaycan neokolonializmə qarşı misli görünməmiş mübarizə aparır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
Britaniyada iki qatar toqquşub, 89 nəfər yaralanıb
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
"Bloomberg": Britaniya Ukrayna üçün uzaqmənzilli raketlər hazırlayır
