Azərbaycanın multikulturalizm və tolerantlıq modeli Almaniyada müzakirə ediləcək
sizinxeber.az xəbər saytı

Azərbaycanın multikulturalizm və tolerantlıq modeli Almaniyada müzakirə ediləcək


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti 24–26 iyun tarixlərində Almaniyaya səfər edəcək.

Bu barədə "Sizinxeber.az"a Komitədən məlumat verilib.

Qeyd edilib ki, səfərin məqsədi Azərbaycanın multikulturalizm və tolerantlıq modeli, müxtəlif dini və etnik qruplar arasında dinc birgəyaşayışın təşviqinə yönəlmiş dövlət siyasəti barədə Almaniya ictimaiyyətini daha geniş məlumatlandırmaq, bu ölkənin dini təşkilatları və siyasi qurumları ilə əməkdaşlıq imkanları barədə müzakirələr aparmaqdır.

Səfər çərçivəsində Almaniyanın dövlət rəsmiləri və siyasətçiləri ilə görüşlərin keçirilməsi nəzərdə tutulur. Bundan başqa, nümayəndə heyətinin Almaniyanın bir sıra dini və tarixi məkanlarını ziyarət etməsi planlaşdırılır.

Nümayəndə heyəti Azərbaycanın Almaniyadakı Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək “Müxtəliflikdə birlik: Dinlərarası səslər dialoqda” adlı tədbirdə də iştirak edəcək.

Oxşar xəbərlər

Dövlət Komitəsinin nümayəndə heyəti Rumıniyada kilsə və monastırları ziyarət edib
Dini Komitənin sədri Kambocaya səfər edəcək
Dini Komitənin sədri İğdır və Qarsa səfər edəcək
ICESCO-nun baş direktoru: Azərbaycanın dinlərarası münasibətlərə töhfə verən təşəbbüsləri yüksək dəyərləndirilir
Valeh Ələsgərovun rəhbərlik etdiyi nümayəndə heyəti Almaniyaya səfər edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər