Brüsseldə "Azərbaycanın Rəngləri: Multikulturalizm Diyarı" sərgisi təşkil edilib
sizinxeber.az xəbər saytı

Brüsseldə "Azərbaycanın Rəngləri: Multikulturalizm Diyarı" sərgisi təşkil edilib


Belçikanın paytaxtı Brüsseldəki "Cercle Royal Gaulois" mədəniyyət mərkəzində "Azərbaycanın Rəngləri: Multikulturalizm Diyarı" sərgisinin açılışı olub.

"Sizinxeber.az" xəbər verir ki, bununla bağlı Azərbaycanın Belçikadakı səfirliyinin "X" sosial şəbəkə hesabında paylaşım edilib.

"Hazırda keçirilən tədbir fotoqrafiya və bədii ifadə vasitəsilə Azərbaycanın zəngin müxtəliflik, birgəyaşayış və mədəniyyətlərarası dialoq ənənələrini nümayiş etdirir", - paylaşımda bildirilib və əlavə edilib ki, sərgi ölkənin multikulturalizmə uzunmüddətli sadiqliyini qeyd etmək üçün diplomatları, mədəniyyət xadimlərini və qonaqları bir araya gətirib.

Qeyd edək ki, Azərbaycanın Belçikadakı səfiri, Avropa İttifaqı yanında Nümayəndəliyinin rəhbəri Vaqif Sadıqov sərgidə çıxış edib.

Oxşar xəbərlər

Vaqif Sadıqov Valloniya Regional Parlamentinin sədri ilə görüşüb
Vaqif Sadıxov: Müstəqillik Günü Azərbaycan xalqı üçün vacib tarixdir
BMTM-nin icraçı direktoru: Azərbaycanın multikulturalizm modeli dünya üçün bir nümunədir
Belçikada Cənubi Qafqazın yaşıl enerjiyə keçidi müzakirə olunub
Belçikanın Baş naziri Azərbaycana səfərə gəlib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər