Media FM və Yurd FM-in stendi “Ən Kreativ Stend” mükafatına layiq görüldü - FOTO » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
25 
in
2025
18:00

Media FM və Yurd FM-in stendi “Ən Kreativ Stend” mükafatına layiq görüldü - FOTO

25 in, 2025
18:00
758

Media FM və Yurd FM-in stendi “Ən Kreativ Stend” mükafatına layiq görüldü - FOTO

Milli Şirkətlərin Tanıtım Sərgisi çərçivəsində Media FM və Yurd FM üçün hazırlanmış stend “Ən Kreativ Stend” nominasiyası üzrə mükafata layiq görülüb.

"Sizinxeber.az" xəbər verir ki, stend sərgi iştirakçıları və qonaqlar tərəfindən xüsusi maraqla qarşılanıb.

Onun özünəməxsus vizual həlli, brendlərin ruhunu əks etdirən təqdimat tərzi və fərqliliyi münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib.

Sözügedən stendin ideya, dizayn və quraşdırma işləri Admedia şirkəti tərəfindən həyata keçirilib. Şirkət Media FM və Yurd FM-in ictimaiyyətlə əlaqə və tanıtım fəaliyyətlərini gücləndirmək üçün stendin konseptual yanaşmasında innovativ yanaşmalardan istifadə edib. Sərgi zamanı bu stend ziyarətçilər üçün diqqət mərkəzində olub.

Bizimlə əlaqə saxlayın