Azərbaycan ADB-nin Seçki Qrupunun iclasında iştirak edib
Asiya İnkişaf Bankının (ADB) Özbəkistanın Səmərqənd şəhərində keçirilən 59-cu İllik Toplantısında iştirak edən maliyyə naziri Sahil Babayev bu gün Bankda Azərbaycanın təmsil olunduğu Seçki Qrupunun iclasında iştirak edib.
"Report" Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, iclasda ADB-nin strateji prioritetləri, Seçki Qrupunda təmsil olunan ölkələrdə həyata keçirilən layihələr, qlobal iqtisadiyyatın üzləşdiyi çağırışlar, eləcə də əməkdaşlığın dərinləşdirilməsi və gələcək inkişaf perspektivləri ətrafında müzakirələr aparılıb.
S.Babayev Seçki Qrupu çərçivəsində formalaşmış səmərəli əməkdaşlıq platformasının üzv ölkələr arasında koordinasiyanın gücləndirilməsinə və ortaq inkişaf prioritetlərinin təşviqinə mühüm töhfə verdiyini bildirib. O, ADB ilə tərəfdaşlığın qarşılıqlı etimad və konstruktiv əməkdaşlıq prinsipləri əsasında davamlı şəkildə inkişaf etdiyini bildirib.
Nazir Azərbaycanın Orta Dəhliz çərçivəsində artan tranzit və logistika potensialına diqqət çəkərək, bu istiqamətdə ADB-nin dəstəyini xüsusi vurğulayıb, eyni zamanda nəqliyyat sektorunda rəqəmsallaşmanın tətbiqinin xidmətlərin daha səmərəli təşkilinə imkan verdiyini qeyd edib.
O, ADB-nin dəstəyi ilə həyata keçirilən dəmiryol infrastrukturunun modernləşdirilməsi, metro sisteminin genişləndirilməsi, enerji və su təsərrüfatı layihələrinin icrasının ölkəmizin iqtisadi şaxələndirmə və inklüziv artım hədəflərinə xidmət etdiyini bildirib.
Qeyd olunub ki, qlobal iqtisadi qeyri-müəyyənlik, enerji bazarlarında davam edən dəyişkənlik və geoiqtisadi risklər üzv dövlətlər qarşısında əlavə çağırışlar yaradır və bu şəraitdə makroiqtisadi sabitliyin qorunması, fiskal intizamın gücləndirilməsi və dayanıqlı infrastrukturun inkişafı xüsusi əhəmiyyət kəsb edir.
Oxşar xəbərlər
Azərbaycan Dünya Bankı və IMF-in Yaz Toplantıları çərçivəsində Seçki Qrupunun iclasında iştirak edib
Azərbaycan bir sıra ölkələrlə maliyyə inklüzivliyinin artırılmasını müzakirə edib
Sahil Babayev: "Azərbaycan IMF ilə əməkdaşlığın genişləndirilməsində maraqlıdır"
Azərbaycan Dünya Bankı və IMF-in toplantılarında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
GTA 6 üçün ön-sifariş rəsmi şəkildə açıldı
-
DÇ-2026: Mərakeş - Haiti qarşılaşmasında ikinci hissə başlayıb - YENİLƏNİR-6
-
Tusk: Polşanın müdafiə xərcləri ÜDM-in təxminən 7 %-nə çatıb
-
İsrail yeni lazer silahını təqdim etdi: 60 saniyədə 30 hədəf məhv edilir
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
DÇ-2026: Şotlandiyanı üstələyən Braziliya C qrupunu lider kimi başa vurub - YENİLƏNİB-6
