Azərbaycan Dünya Bankı və IMF-in toplantılarında iştirak edib
sizinxeber.az xəbər saytı

Azərbaycan Dünya Bankı və IMF-in toplantılarında iştirak edib


Azərbaycan Mərkəzi Bankının sədrinin I müavini Əliyar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti ABŞ-də Dünya Bankı (WB) və Beynəlxalq Valyuta Fondunun (IMF) Azərbaycanın təmsil olunduğu Seçki Qrupunun növbəti toplantısında iştirak edib.

"Sizinxeber.az" bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, Ə.Məmmədyarov çıxışı zamanı qlobal və regional makroiqtisadi trendlər, maliyyə sektorunun inkişaf dinamikası, eləcə də maliyyə sabitliyinin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən siyasət tədbirlərindən danışıb. O, WB və IMF ilə uzunmüddətli və səmərəli əməkdaşlığın ölkənin institusional potensialının gücləndirilməsinə, iqtisadi dayanıqlılığın artırılmasına mühüm töhfə verdiyini vurğulayıb.

Oxşar xəbərlər

Azərbaycan Dünya Bankı və IMF-in Yaz Toplantıları çərçivəsində Seçki Qrupunun iclasında iştirak edib
AMB nümayəndə heyəti Dünya Bankı və IMF-nin toplantılarında iştirak edəcək
Azərbaycan Dünya Bankı və IMF-in toplantılarında iştirak edəcək
Azərbaycan Mərkəzi Bankının nümayəndə heyəti ABŞ-yə işgüzar səfər edib
Azərbaycan ABŞ-də keçiriləcək regional maliyyə konfransında təmsil olunacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər