EBRD Azərbaycandakı cari layihə portfelini və əməliyyat aktivlərini artırıb
sizinxeber.az xəbər saytı

EBRD Azərbaycandakı cari layihə portfelini və əməliyyat aktivlərini artırıb


Bu il martın 31-nə Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Azərbaycandakı cari kredit portfeli 919 milyon avro təşkil edib.

"Report" EBRD-yə istinadən xəbər verir ki, portfelin 40 %-i özəl sektorun payına düşür.

Fevralın 28-i ilə müqayisədə portfel 2,3 % və yaxud 21 milyon avro artıb.

Bundan başqa, hazırda 36 layihə aktivdir.

Bankın məlumatına görə, cari portfelin əsas hissəsi – 90 %-i (825 milyon avro) dayanıqlı infrastrukturun inkişafına, 7 %-i (63 milyon avro) maliyyə institutlarının kreditləşdirilməsinə, daha 3 %-i (30 milyon avro) isə korporativ sektora yönəldilib.

Ümumilikdə, EBRD indiyə qədər Azərbaycanda 202 layihənin həyata keçirilməsinə 3,712 milyard avro investisiya yatırıb.

Martın 31-nə bankın ölkədəki əməliyyat aktivlərinin həcmi fevralın 28-nə olan göstərici ilə müqayisədə 3 % (21 milyon avro) artaraq 695 milyon avro təşkil edib.

Xatırladaq ki, 2025-ci ildə bank Azərbaycanda 81 milyon avro dəyərində 10 layihəni maliyyələşdirib.

Oxşar xəbərlər

EBRD Azərbaycanda cari layihələr portfelini və əməliyyat aktivlərini artırıb
EBRD Azərbaycanda cari layihə portfelini yeniləyib
EBRD Azərbaycandakı cari layihələr portfelini artırıb
Azərbaycanda EBRD-nin cari layihə portfelinin dəyəri 950 milyon avroya düşüb
EBRD Azərbaycandakı layihələrin cari portfelini yeniləyib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər