Azərbaycan qanunvericiliyindən "lizinq" anlayışı çıxarılır
Azərbaycanda "Maliyyə icarəsi haqqında" qanun layihəsinin hazırlanması ilə bağlı milli qanunvericilikdən "lizinq" anlayışının çıxarılması nəzərdə tutulur.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə qanun layihəsinin müzakirə edildiyi Milli Məclisin İqtisasi siyasət, sənaye və sahbikarlıq komitəsinin bu gün keçirilən iclasında məlumat verilib.
İclasda qeyd olunub ki, beynəlxalq termin olan "leasing" sözü dilimizə tələffüz olunduğu kimi keçib, "lizinq" kimi ifadə olunub, hazırda təqdim olunan qanun layihəsində isə onun "maliyyə icarəsi" kimi işlədilməsi (tərcümə olunması) məqsədəuyğun hesab edilib. Bir sıra ölkələrdə də "financial lease" termini həmin ölkələrin dilində hərfi tərcümədə olduğu kimi istifadə edilir. Məsələn:
⦁ türk dilində - finansal kiralama;
⦁ ingilis dilində - financial lease;
⦁ ispan dilində - arrendamiento financiero;
⦁ fransız dilində - le crédit-bail.
Mülki Məcəllənin 38-ci fəsli "Lizinq" adlansa da o əslində "maliyyə lizinqi", yeni ifadə ilə desək "maliyyə icarəsi" ilə bağlı münasibətləri tənzimləyir, qüvvədə olan qanunvericilikdə isə "maliyyə lizinqi" termini indiyə qədər əsasən Vergi Məcəlləsində istifadə edilib.
Beləliklə, yeni qanunun qəbulu ilə "maliyyə icarəsi"nə dair vahid yanaşma təmin ediləcək, terminlərin eyniləşdirilməsi həyata keçiriləcək, "lizinq" adı ilə təqdim olunan fəaliyyətin hüquqi statusunun və mahiyyətinin bu xidmətin istehlakçılarının daha aydın qavramasına nail olunacaq. Bu xidmətin alıcılarında lizinq adı ilə təqdim olunan bu xidmətin icarəyə aid olmasından daha çox, onun kredit münasibəti olması rəyi formalaşırdı. Bu sahədə hüquqi müəyyənliyin yaradılması baxımından Konstitusiya Məhkəməsi Plenumunun müvafiq qərarları da xüsusi əhəmiyyətə malik olub.
Oxşar xəbərlər
AMB: Lizinq şirkəti kimi qeydiyyatda olan hüquqi şəxslərin 5-10 %-i maliyyə icarəsi xidməti göstərir
Milli Məclisə “Maliyyə icarəsi haqqında” qanun layihəsi daxil olub
Azər Əmiraslanov: "Maliyyə lizinqi ilk öncə alternativ maliyyə mexanizmidir"
Azərbaycanda moped idarə etmək üçün sürücülük vəsiqəsi tələb olunacaq
Milli Məclisin yaz sessiyasının qanunvericilik işləri planı təsdiqlənib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
Darren Beyzli: "Misirlə matçın ilk hissəsində yaxşı oynadıq"
-
Filippində məktəbdə atışma olub, üç nəfər ölüb, beş nəfər yaralanıb
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
-
Yasamal və Nizami rayonlarının bəzi ərazilərində işıq olmayacaq
