IMF: Azərbaycan iqtisadiyyatı 2026-2027-ci illərdə orta hesabla ildə 2,35 % artacaq
Beynəlxalq Valyuta Fondu (IMF) Azərbaycanın ÜDM-nin artımını 2026-cı ildə 2,2 %, 2027-ci ildə isə 2,5 % olaraq proqnozlaşdırır.
"Sizinxeber.az" IMF-nin aprel ayı üzrə "Dünya iqtisadiyyatının perspektivləri" hesabatına istinadən xəbər verir ki, fevral qiymətləndirmələri ilə müqayisədə 2026-cı il üçün proqnoz 0,1 faiz bəndi yaxşılaşdırılıb, 2027-ci il üçün proqnoz isə dəyişməz qalıb.
Beləliklə, fondun qiymətləndirmələrinə görə, qarşıdakı iki ildə ölkə iqtisadiyyatının orta illik artımı 2,35 % təşkil edəcək.
IMF tərəfindən Yaxın Şərq və Mərkəzi Asiyada artım templərinin 2025-ci ildəki 3,6 %-dən 2026-cı ildə 1,9 %-ə qədər yavaşlaması və ardınca 2027-ci ildə 4,6 %-ə qədər bərpa olunması proqnozlaşdırılır, çünki region münaqişənin (ABŞ və İsrail ilə İran arasında - red.) birbaşa təsirinə məruz qalır və sonrakı yüksəlişi gözləyir.
Öz növbəsində, Qafqaz və Mərkəzi Asiya subregionunda 2026-cı ildə 4,8 %, 2027-ci ildə isə 4,5 % artım gözlənilir.
"Xammal ixrac edən və münaqişədən birbaşa təsirlənən ölkələr üçün istehsal və ixracın azalması 2026-cı il üzrə ÜDM artım proqnozlarının əhəmiyyətli dərəcədə aşağı salınmasına gətirib çıxarır. Bu, enerji və nəqliyyat infrastrukturuna dəymiş ziyanın dərəcəsindən, həmçinin Hörmüz boğazından asılılıqdan və alternativ ixrac marşrutlarının mövcudluğundan asılıdır", - hesabatda bildirilib.
Oxşar xəbərlər
IMF yaxın iki il üçün Azərbaycanda inflyasiya proqnozlarını pisləşdirib
ADB: 2026-2027-ci illərdə Azərbaycan iqtisadiyyatı orta hesabla 1,9 % artacaq
“Fitch”: Azərbaycan iqtisadiyyatı yaxın beş ildə orta hesabla 2,5 % artacaq
ADB Azərbaycanda 2026-cı il üçün inflyasiya proqnozunu yüksəldib
Dünya Bankı 2025-2027-ci illərdə Azərbaycanda ÜDM-in hər il 2,4 %-dən çox artacağını proqnozlaşdırır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İtkin şəhidimiz “Rəşadət” ordeni ilə təltif edildi - FOTO
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
-
Aşura günündə indiyədək 1140,3 litr qan toplanıb - YENİLƏNİB-3
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
