"Bitcoin"in qiyməti 77 min dollara enib - Kriptovalyuta bazarının son göstəriciləri » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
07 
apr
2025
09:50

"Bitcoin"in qiyməti 77 min dollara enib - Kriptovalyuta bazarının son göstəriciləri

07 apr, 2025
09:50
533

"Bitcoin"in qiyməti 77 min dollara enib - Kriptovalyuta bazarının son göstəriciləri

Aprelin 7-də kriptovalyuta birjalarında "Bitcoin"in qiyməti kəskin azalıb.

"Sizinxeber.az-Economics" xəbər verir ki, dünyanın ən bahalı kriptovalyutası Bakı vaxtı ilə saat 9:30-da “CoinMarketCap” platformasında 7.55% ucuzlaşaraq 77 170 ABŞ dolları təşkil edib.

Son bir gündə "Ethereum"un qiymətində də azalma müşahidə edilib. Sözügedən kriptovalyutanın dəyəri 14.32% azalaraq 1549 ABŞ dollarına bərabər olub. İlk beşlikdə olan XRP son sutkada 15.56%, BNB isə 7.29% ucuzlaşıb.

Qeyd edək ki, "Bitkoin"in ən yüksək qiyməti ötən il dekabrın 16-da qeydə alınıb və qiyməti 108 min dolları ötüb.

Bizimlə əlaqə saxlayın