“Time” 2025-ci ilin 100 nüfuzlu insanının siyahısını təqdim edib
ABŞ-nin “Time” jurnalı 2025-ci ilin 100 ən nüfuzlu insanının siyahısını dərc edib, siyahıya ABŞ Prezidenti Donald Tramp, Böyük Britaniyanın Baş naziri Kir Starmer və Almaniya kansleri namizədi Fridrix Merts daxil edilib.
“Sizinxeber.az” xəbər verir ki, jurnal liderlər kateqoriyasına yuxarıda adıçəkilən şəxslərlə yanaşı, ABŞ vitse-prezidenti Cey Di Vens, Suriyanın keçid dövrü prezidenti Əhməd əş-Şaraa, ABŞ hökumətinin işinin səmərəliliyinin artırılması idarəsinə (DOGE) başçılıq edən Trampın müşaviri İlon Mask, ABŞ ticarət naziri Hovard Latnik, ÜST-nin baş direktoru Tedros Adanom Gebreyesus, ABŞ səhiyyə və sosial xidmətlər naziri kiçik Robert Kennedi, Meksika Prezidenti Klaudiya Şeynbaum, Argentina Prezidenti Xavyer Miley və başqalarını daxil edib.
Nəşr “titanlar” kateqoriyasına amerikalı komediya ustası və televiziya aparıcısı Co Roqan, “Meta”nın baş direktoru Mark Zukerberq və başqalarını əlavə edib.
Jurnal nüfuzlu sənətçilər siyahısına müğənni Ed Şiran, aktrisalar Skarlett Yohansson və Kristen Bell, aktyor və prodüser Adam Skott daxil edib.
“Time” qeyd edib ki, Barak Obamanın prezidentliyindən bəri ilk dəfə olaraq siyahıya ABŞ administrasiyasının altı nümayəndəsi daxil edilib, çünki jurnalın fikrincə, ABŞ-nin hazırkı iqtidarı “hazırda beynəlxalq sarsıntıların mənbəyidir”.
Siyahıda ən gənc nümayəndə 22 yaşlı fransalı üzgüçü Leon Marşan, ən yaşlı nümayəndə isə 84 yaşlı Banqladeşin müvəqqəti hökumətinin başçısı Məhəmməd Yunus olub.
Oxşar xəbərlər
“Time” jurnalı "İlin adamı" adına namizədləri açıqlayıb
“Time” jurnalı Trampı ilin adamı elan edib
Tramp Argentina prezidenti ilə görüşüb
İlon Mask MKİ direktoru ilə qurumun xərclərinin azaldılmasını müzakirə edəcək
Suriyanın yeni hökumətinin lideri ABŞ ilə münasibətləri yaxşılaşdırmaq istəyir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 14 il ötür
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
Prezident: "Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir"
-
İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
-
Prezident İlham Əliyev Münhendə "France 24" telekanalına müsahibə verib












