sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
İlon Mask MKİ direktoru ilə qurumun xərclərinin azaldılmasını müzakirə edəcək
ABŞ Prezidenti Donald Trampın baş müşaviri İlon Mask Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Retklifflə görüşərək qurumun işinin təkmilləşdirilməsi və xərclərinin azaldılması məsələlərini müzakirə edəcək.
“Report” xəbər verir ki, bu barədə “Politico” qəzetinə MKİ-nin rəsmi nümayəndəsi bildirib.
Bir sıra mənbələr görüşün bazar ertəsi, martın 31-də baş tutacağını iddia edib: “MKİ direktoru hökumətin effektivliyini müzakirə etmək üçün İlon Maskı quruma dəvət edib”.
Tərəflərin ABŞ prezidenti Donald Trampın hökumətin xərclərini azaltmaq və onu sadələşdirmək planı kontekstində MKİ-nin effektivliyini müzakirə edəcəyi gözlənilir.
Oxşar xəbərlər
İlon Mask Trampın administrasiyasında təmsil olunmaq istəyir
İlon Mask: ABŞ tezliklə iflasla üzləşə bilər
İlon Mask Avropa komissarını komediya personajı ilə müqayisə edib
NYT: İlon Mask İranın BMT-dəki daimi nümayəndəsi ilə görüşüb
KİV: Mask Trampın siyasi təşkilatına 100 milyon dollar sərmayə qoyacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













