Ölkə.az xəbər verir ki, bunu maliyyə nazirinin müavini Himalay Məmişov Milli Məclisin bu gün keçirilən Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.
“İcmal büdcədə qeyri-neft gəlirlərinin payı cari illə müqayisədə 1,5 faiz bəndi çox olmaqla, 64,5 faizə çatacaq ki, bu, neftdən asılılığın azalmasının əsas göstəricilərindəndir. Ortamüddətli dövrün sonuna isə bu göstəricinin 70,4 faizə çatdırılması nəzərdə tutulur”.
“Digər tərəfdən növbəti ilin büdcəsi investisiya yönümlülüyü ilə də fərqlənir. Belə ki, dövlət büdcəsində əsaslı xərclərin xüsusi çəkisi 32,5 faizə çatacaq ki, bu da region ölkələrini xeyli qabaqlayır. Həmçinin, sevindirici haldır ki, növbəti ildə bütün rayonlarımız öz gəlirləri hesabına öz xərclərini tam qarşılayacaq, beləliklə ilk dəfə olaraq dotasiyadan asılı hər hansısa bir rayonumuz qalmayacaq. Naxçıvan Muxtar Respublikasının isə öz gəlirlərinin daha da artması növbəti ildə Muxtar Respublikaya veriləcək dotasiyanın 6,4 faiz azalmasına imkan yaradır”.