Sizinxeber.az xəbər verir ki, bunu maliyyə nazirinin müavini Himalay Məmişov Milli Məclisin bu gün keçirilən Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.
Nazir müavini bildirib ki, 2027-ci ildə gənclər siyasəti xərcləri üzrə 12,9 milyon manat, o cümlədən 35 “Gənclər evi” sosial xidmət müəssisəsinin saxlanılması üçün 5,3 milyon manat, gənclərin inkişafı ilə bağlı digər tədbirlər üzrə 7,6 milyon manat vəsait proqnozlaşdırılıb.
"2027-ci ildə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması sahəsində tədbirlər, Azərbaycan xalqının tarixi və mədəni irsinin təbliği ilə bağlı tədbirlər, digər xalqların diasporları ilə əlaqələr və lobbi quruculuğu ilə bağlı tədbirlərin həyata keçirilməsi xərcləri üçün 7,1 milyon manat vəsait nəzərdə tutulub”, - o qeyd edib.