İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi sığortaçı seçib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
24 
may
2025
15:30

İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi sığortaçı seçib

24 may, 2025
15:30
546

İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi sığortaçı seçib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) əməkdaşlarının könüllü tibbi sığortalanması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

"Sizinxeber.az" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi "Meqa Sığorta" ASC-dir.

Qalib şirkətə 51,51 min manat ödəniləcək.

Satınalma çərçivəsində 102 əməkdaş üçün tibbi sığorta paketi əldə ediləcək.

Xatırladaq ki, İKTA Azərbaycan Prezidentinin 2021-ci il 11 oktyabr tarixli Fərmanı ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində tənzimləyici qurum kimi təsis edilib. Onun nizamnaməsi 2022-ci il 21 oktyabrda təsdiq edilib və 2022-ci ilin dekabr ayından funksional fəaliyyətə başlayıb.

İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi ölkədə informasiya-kommunikasiya texnologiyaları və rabitə (telekommunikasiya və poçt) sahələrində tənzimləmə və nəzarəti, eləcə də radiospektr idarəçiliyini həyata keçirir.

Bizimlə əlaqə saxlayın