Azercell “ADA Employability Week 2025” təşəbbüsünə qatılıb
Ölkənin lider mobil operatoru “Azercell Telekom” MMC ADA Universitetinin təşkilatçılığı ilə keçirilən “Employability Week 2025” təşəbbüsündə fəal iştirak edib.
Şirkətdən APA-ya verilən məlumata görə proqramın əsas məqsədi tələbələri müasir əmək bazarının tələbləri ilə tanış etmək, onların peşəkar bacarıqlarını inkişaf etdirmək və gələcək karyera imkanlarını genişləndirmək olub.
Proqram çərçivəsində Azercell-in müxtəlif sahələrdə fəaliyyət göstərən mütəxəssisləri tələbələrə emosional zəka, sənaye icmalı, müsahibəyə hazırlıq, iş etikası, innovasiya və sahibkarlıq, şəxsi brendinq kimi mövzularda təlimlər keçiblər.
Eyni zamanda, şirkətin İnsan Kapitalının əməkdaşları proqram iştirakçılarına Azercell-də mövcud olan karyera və təcrübə imkanları, eləcə də işə qəbul prosesi barədə ətraflı məlumat təqdim ediblər.
Proqramın sonunda Azercell fərqlənən tələbələrə şirkətin yay təcrübə proqramında iştirak etmək imkanı yaradacaq. Tələbələrin adları may ayının 2-də ADA Universitetində baş tutacaq bağlanış mərasimində açıqlanacaq.
Oxşar xəbərlər
Azercell və ADA Universiteti “İdeya İnkubasiyası Proqramı”nın növbəti etapına start verir
Azercell “Tələbələrin Akselerasiya Proqramı” üzrə layihə tərəfdaşı qismində çıxış edir
Azercell Cup 2024 qalibləri beynəlxalq olimpiadalara hazırlaşırlar
“AZERCELL CUP” qaliblərinin mükafatlandırma tədbiri keçirilib
Azercell Şəkinin qadın sahibkarlarını dəstəkləyir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













