Azərbaycan Özbəkistanla kosmik təhsil sahəsində əməkdaşlığa başlayır
sizinxeber.az xəbər saytı

Azərbaycan Özbəkistanla kosmik təhsil sahəsində əməkdaşlığa başlayır


Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik ("Azərkosmos") və Özbəkistanın “Stars International University” arasında Anlaşma Memorandumu imzalanıb.

"Sizinxeber.az" "Azərkosmos"a istinadən xəbər verir ki, sənəd iki ölkə arasında təhsil, elmi tədqiqat və kosmik sahənin inkişafı istiqamətlərində qarşılıqlı faydalı əməkdaşlığı artırmaq məqsədini daşıyır.

Anlaşma Memorandumu, həmçinin kosmik sahədə təcrübə və bilik mübadiləsi, İKT sahəsində iqtisadi, sənaye, elmi, texniki və texnoloji əməkdaşlığın inkişafını təmin etmək üçün imzalanıb. Bu razılaşma çərçivəsində müxtəlif sahələrdə əməkdaşlıq imkanları nəzərdə tutulur.

Tərəflər təhsildə əməkdaşlıq və kadr hazırlığı, elmi tədqiqat və akademik əməkdaşlıq, universitetin təhsil üzrə rəqəmsal platformalarından istifadə, "Azerkosmos"un təlim və məsləhət xidmətlərinin Özbəkistanda təşviqi, telekommunikasiya, kosmik texnologiyaların ticarət və kommersiya sahələrində istifadəsi, yerin müşahidəsi və telekommunikasiya xidmətlərinin birgə inkişafı üzrə əməkdaşlıq edəcəklər.

İmzalanma mərasimi Bakıda "Azərkosmos"un ev sahibliyi ilə keçirilən Kosmik Texnologiyalar Konfransı (STC) çərçivəsində baş tutub. STC zamanı "Azərkosmos" 10-a yaxın Anlaşma Memorandumu imzalayıb.

Oxşar xəbərlər

"Azərkosmos" və "Türksat" Anlaşma Memorandumu imzalayıb
"Azərkosmos" Monakonun peyk operatoru ilə əməkdaşlığa başlayır
"Azərkosmos" daha üç Anlaşma Memorandumu imzalayıb
Azərkosmos və Türksat arasında Anlaşma Memorandumu imzalanıb
"Azərkosmos" Mozambikə kosmik bilik ixrac edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər