AKTA-ya yeni icraçı direktor təyin edilib
sizinxeber.az xəbər saytı

AKTA-ya yeni icraçı direktor təyin edilib


Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasına (AKTA) yeni icraçı direktor təyin edilib.

“Report” bu barədə assosiasiyaya istinadən xəbər verir.

Məlumata görə, bu vəzifə Rauf Cabarova həvalə edilib.

Bildirilir ki, həmçinin AKTA-nın operativ fəaliyyətinin və sistemli inkişafının təmin edilməsi məqsədilə təşkilat daxilində struktur dəyişikliyi aparılaraq, İcra Aparatı formalaşdırılıb.

Ümumi yığıncağın qərarına əsasən, İdarə Heyətinin sədr müavini Rauf Cabarov AKTA-nın icraçı direktoru vəzifəsinə təyin edilib.

Xatırladaq ki, bundan əvvəl R.Cabarov AKTA-nın İdarə heyətinin sədrinin müavini olub. O, bu vəzifədə Elvin Balacanovu əvəz edib.

Oxşar xəbərlər

Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib
“Lukoyl”a yeni baş icraçı direktor təyin edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər