Azərbaycanda təhlükəsizlik boşluqları aşkarlanmış dövlət informasiya resurslarının sayı 27 % azalıb
Bu ilin yanvar-mart aylarında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin apardığı audit/pentest yoxlamaları və monitorinqlər nəticəsində dövlət qurumlarının 158 informasiya resursunda təhlükəsizlik boşluqları aşkarlanaraq, aradan qaldırılması üçün müvafiq bildirişlə dövlət qurumlarına göndərilib.
“Report”un Dövlət Xidmətinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 27 % azdır.
Təkcə martda isə 30 informasiya resursunda təhlükəsizlik boşluqları aşkarlanıb ki, bu da 1 il əvvələ nisbətən 61 % azdır.
Ötən il dövlət qurumlarının 857 informasiya resursunda təhlükəsizlik boşluqları aşkarlanıb ki, bu da əvvəlki illə müqayisədə 23 % çoxdur.
Oxşar xəbərlər
Azərbaycanda təhlükəsizlik boşluqları aşkarlanmış dövlət informasiya resurslarının sayı 9 % azalıb
Azərbaycanda təhlükəsizlik boşluqları aşkarlanmış dövlət informasiya resurslarının sayı 55 % artıb
Azərbaycanda təhlükəsizlik boşluqları aşkarlanmış dövlət informasiya resurslarının sayı 15 % azalıb
Azərbaycanda təhlükəsizlik boşluqları aşkarlanmış dövlət informasiya resurslarının sayı 2 dəfə artıb
Azərbaycanda təhlükəsizlik boşluqları olan dövlət informasiya resurslarının sayı 20 %-dən çox artıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
DÇ-2026: Fransa və Norveç 1/16 finala vəsiqə qazanıb
-
Azərbaycanda ödənişli hərbi xidmət olacaq? - Rəsmi AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında üçüncü qol vurulub - YENİLƏNİR-5
