Kosmik agentlik rəhbərlərinin Bakı bəyənnaməsi qəbul edilib
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində keçirilən Kosmik Agentliklərin Liderlərinin Sammitində Bakı bəyənnaməsi qəbul edilib.
"Sizinxeber.az" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Kosmik Agentliyinin (“Azərkosmos”) İdarə Heyətinin sədri Saməddin Əsədov deyib.
O bildirib ki, bəyənnaməyə əsasən, ölkələr kosmosla bağlı strategiya və proqramlarını vahid çərçivəyə birləşdirəcəklər: "O cümlədən, dünyanın müxtəlif yerlərində baş verən təbii fəlakətlərlə bağlı təcili birgə səylər göstərərək həmin yerlərə yardımların çatdırılmasını təmin etməyə çalacaqlar. Bəyənnamənin digər mövzusu kosmik agentliklərin ekologiya, iqlim dəyişikliyi ilə bağlı təşkilatlar, vətəndaş cəmiyyətləri ilə əməkdaşlıqlarını artıraraq onların ehtiyaclarını daha dərindən anlamaq və peyklərlə əldə etdikləri məlumatları istifadəçilərə daha rahat şəkildə çatdırmaları ilə bağlıdır".
Oxşar xəbərlər
Kosmik agentlik rəhbərlərinin Bakı bəyannaməsi qəbul edilib - FOTO
COP29 çərçivəsində Kosmik Agentliklərin Rəhbərlərinin Sammiti keçiriləcək
COP29 çərçivəsində Azərkosmos “Kosmik Liderlərin Sammiti”ni keçirəcək
Bakıda Beynəlxalq Kosmosa əsaslanan İqlim Fəaliyyəti öhdəliyi qəbul ediləcək
"Azərkosmos" Mozambikə kosmik bilik ixrac edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan Prezidenti: Son illərin tarixində ən böyük ədalətsizliklə biz üzləşmişdik
-
“Balaca Heydərin iki oğlu var” - Prezident
-
Oyun zamanı meydançada öldü
-
Dövlət başçısı: Şəhidlərimizi, Xocalı qurbanlarını, digər günahsız insanların həlak olmasını heç vaxt unuda bilmərik
-
Prezident: Ermənistana sanksiyalar tətbiq edilsəydi, əlbəttə, o, işğala son qoyardı
-
İlham Əliyev: Bu gün Ağdam rayonunda artıq həyat bərpa edilir












