Məktəblimiz proqramlaşdırma olimpiadasında qızıl medal qazanıb
Şagirdlərimiz proqramlaşdırma üzrə beynəlxalq müsabiqələrdə ölkəmizi uğurla təmsil etməyə davam edirlər. Belə ki, 8-9 fevral 2025-ci il tarixlərində Rumıniyada IX “Info1cup” proqramlaşdırma müsabiqəsi keçirilib.
Azercell-dən APA-ya verilən xəbərə görə, 18 ölkədən 166 şagirdin qatıldığı müsabiqəyə məktəblilərimiz onlayn formatda qoşulublar.
Bakı şəhəri, 157 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Həsən Vəliyev qızıl medal qazanıb.
Eyni zamanda, Bakı Türk Anadolu liseyinin 10-cu sinif şagirdi Əhməd Qəmbərli gümüş medala, Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 10-cu sinif şagirdi Rahidil Bayramlı isə bürünc medala layiq görülüblər.
Xatırladaq ki, 2017-ci ildən etibarən məktəblilərimizin beynəlxalq fənn olimpiadalarına hazırlıq prosesi “Azercell Telekom” MMC-nin dəstəyi ilə həyata keçirilir. Bu müddət ərzində Azərbaycanın bölgə və paytaxt məktəblərində təhsil alan şagirdlərimiz fərqli yaş qrupları üzrə müxtəlif miqyaslı proqramlaşdırma müsabiqələrində ümumilikdə 90 medal qazanıblar.
Oxşar xəbərlər
Avropa Qızlar İnformatika Olimpiadasında (EGOI 2024) məktəblilərimiz uğurla çıxış edib
Məktəblilərimiz Yeniyetmələrin Avropa İnformatika Olimpiadasında (EJOI 2024) uğurla çıxış ediblər
Azercell-in dəstəklədiyi məktəblilər ölkəmizə medal qazandırdılar
Azercell-in dəstəyi ilə olimpiadalara hazırlaşan gənclər daha 3 medal qazanıb
Azərbaycan məktəbliləri Avropa Qızlar İnformatika Olimpiadasında medal qazanıblar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













