Azercell yeni tədris ili münasibətilə “HONOR+SuperSən” kampaniyasına start verib
sizinxeber.az xəbər saytı

Azercell yeni tədris ili münasibətilə “HONOR+SuperSən” kampaniyasına start verib


Yeni tədris ilində Honor smartfonları və “SuperSən” tarif paketi daha əlçatandır! Qarşıdan gələn tədris ilində abunəçilərini daha da sərfəli internet və danışıq xidmətləri ilə təmin etməyi hədəfləyən “Azercell Telekom” MMC yeni kampaniyaya start verir.

Xüsusi təklifə əsasən HONOR smartfon və ya planşetini Azercell-in satış mərkəzlərindən 229 AZN-dən başlayan qiymətlərlə alan abunəçilər, 6 ay müddətinə “SuperSən 6GB”, “SuperSən 10GB”, “SuperSən 20GB” və ya “SuperSən 30GB” tarif paketlərinə 50% endirim əldə edəcəklər. Tarif paketini aktivləşdirmək üçün müvafiq açar sözünü 7575 qısa nömrəsinə göndərmək kifayətdir. Tarifi USSD kod və ya “Azercell” tətbiqi vasitəsilə də aktivləşdirmək olar. Qeyd edək ki, “SuperSən” paketləri 6 aylıq endirim müddətindən sonra avtomatik şəkildə standart qiymətlərlə yenilənəcək.

Kampaniyadan 30.09.2024-cü il tarixinədək yararlanmaq olar. Daha ətraflı məlumat üçün bit.ly/acell_honor_az səhifəsinə keçid etməyiniz xahiş olunur.

Azercell-in yeni kampaniyasından yararlan və qarşıdan gələn tədris ilinə tam hazır ol!

Oxşar xəbərlər

Azercell-in rouminq internet paketləri 90-dan çox ölkədə aktivdir
Olimpiya çempionları Azercell-in qonağı olub - FOTO
Azercell-dən “Kinon” videoyayım xidməti
Azercell Yeni il öncəsi yenilənmiş rouminq xidmətini təqdim edib
Yanmayan bonuslar “Nar”ın “Full” tariflərində

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər