“Grand-Mart” bütün sənədləşmə işlərini “SİMA İmza” ilə rəqəmsallaşdırıb
- 30-08-2024, 10:50
- İKT
- 0
- 2 322
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC tərəfindən yaradılmış SİMA yeni nəsil rəqəmsal imza tərəfdaş çevrəsini genişləndirməyə davam edir. “SİMA İmza” ilə öz xidmətlərini rəqəmsallaşdıran növbəti qurum “Grand-Mart” MMC olub.
“SİMA İmza” holdinqdə daxili sənədlərin imzalanması portalına inteqrasiya edilib. İnteqrasiya sayəsində holdinqə daxil olan şirkətlərdə bütün sənədləşmə işləri elektronlaşdırılıb. Bundan başqa, yeni işçilərin işə qəbulu zamanı əmək müqavilələrininin imzalanması, mövcud işçilərin isə əmək fəaliyyəti ilə bağlı digər işlərinin rəsmiləşdirilməsi proseslərində sənədlərin “SİMA İmza” ilə imzalanmasına başlanılıb.
Qeyd edək ki, “Grand-Mart” MMC-ə “Grandmart”, “Megastore”, “Bizim market”, “Novas Home”, “Bolmart” kimi böyük marketlər şəbəkələri daxildir.
SİMA yeni nəsil rəqəmsal imza həm vətəndaşlar, həm də xidmət təklif edənlər üçün bir sıra üstünlüklər yaradır. Hər iki seqment üzrə maliyyə xərcləri azalır və vaxt itkisinin qarşısı alınır. SİMA-nın istənilən sistemə inteqrasiya oluna bilməsi, eləcə də avtomatlaşdırma istifadəçilər üçün sürətli və istənilən sayda imzalama imkanı da qazandırır. Rəqəmsal xidmətlərə əlçatanlığı artıran imzanın ölkəmizdə biznes proseslərini sürətləndirəcəyi gözlənilir. SİMA rəqəmsal imza ilə bağlı daha ətraflı məlumatı www.sima.az saytından və “157” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz.


width="220" alt="“Mynumber.az”da istədiyin nömrəni “SİMA İmza” ilə sifariş et" />
alt="Ukraynada qələbə planı: “Zelenskiyə bütün meydanlarda abidə qoyulacaq” – nüfuzlu deputatdan sensasiyalı bəyanat" />
alt="Bu ölkənin viza qiyməti artdı" />
alt="Baydenin imzaladığı bu sənədlər ləğv ediləcək - Tramp" />
alt="Dieqo Maradona barədə cizgi serialı çəkiləcək" />
alt="Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq"">
alt="Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib">
alt="Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir">
alt="Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib">
width="290" alt="Sahibə Qafarova: Avropa Parlamenti beynəlxalq hüququn prinsiplərinə zidd olan qərəzli praktikasını davam etdirib" />
width="290" alt="Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib" />
width="290" alt="Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib" />
width="290" alt="Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi" />
width="290" alt="Alyona Əliyeva: "Heydər Əliyevin anım günündə onun xalqımız üçün gördüyü misilsiz xidmətləri dərin ehtiramla yad edirik"" />
width="290" alt="Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib" />