"Azercell" ahıllar üçün kibertəhlükəsizlik mövzusunda təlim keçib - FOTO
Lider mobil operator yaşlı nəslin nümayəndələri arasında rəqəmsal savadlılığın artırılmasına töhfə verir
“Azercell Telekom” MMC cəmiyyətin həssas qruplarının rəqəmsal savadlılığının artırılmasına yönəlmiş təşəbbüslərini həyata keçirməyə davam edir. Yaşlı nəslin nümayəndələrinin kibercinayətkarların əsas hədəf kütləsindən biri olduğunu nəzərə alan lider mobil operator sosial xidmət müəssisəsinin sakinləri üçün xüsusi təlim təşkil edib.
Azercell-in İnformasiya Təhlükəsizliyi departamentinin əməkdaşlarının keçdiyi təlim yaşlı nəslin nümayəndələrini kiberdələduzluq, fişinq hücumları barədə məlumatlandırmaq məqsədi daşıyırdı. Təlim çərçivəsində ahıllar kiberdələduzların istifadə etdiyi müxtəlif vasitələr, gündəmdə olan kiberhücumlar və onlardan qorunma yolları ilə tanış oldular. Tədbir sual-cavab sessiyası ilə davam etdi.
“Azercell Könüllüləri”nin iştirakı ilə baş tutan tədbirdə təlim iştirakçılarına xüsusi hədiyyələr də təqdim edildi.
Xatırladaq ki, Azercell cəmiyyətin həssas təbəqəsi hesab edilən uşaqların da virtual məkanda təhlükəsizliyinin təmin edilməsi üçün təlimlər keçirir və bu istiqamətdə fəaliyyətini uğurla genişləndirir.
Daha ətraflı məlumat üçün: https://www.azercell.com/az/
Oxşar xəbərlər
Azercell “iPhone 16”nı təqdim edib
Azercell “Tələbələrin Akselerasiya Proqramı” üzrə layihə tərəfdaşı qismində çıxış edir
"Azercell" “iPhone 16”nı təqdim edir
“AZERCELL CUP” qaliblərinin mükafatlandırma tədbiri keçirilib
Azercell yaşıl baza stansiyalarının sayını artırır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İrandan Azərbaycana 80 kq narkotikin keçirilməsinin qarşısı alınıb - FOTO
-
İtaliyada avrokubok oyunundan əvvəl üç azarkeş bıçaqlanıb
-
"Yelo Bank" növbəti “Mastercard: Customer Tech Conference”ə ev sahibliyi etdi
-
Ombudsman yanında İşçi Qrupu psixi sağlamlıqla bağlı dövlət qurumlarına təkliflər hazırlayacaq
-
Lənkəranda fabrikin həyətindən silah-sursat tapılıb
-
Baş nazir: Yeni hava limanı Gürcüstanın iqtisadi potensialının artmasına xidmət edəcək