ABŞ-də “TikTok” “App Store” və “Google Play”ə qaytarılıb
“TikTok” mobil tətbiqi yenidən ABŞ-nin “Apple” və “Google” proqram mağazalarında əlçatandır.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
"TikTok"un tətbiq mağazalarına qayıtması ABŞ-nin baş prokuroru Pam Bondinin məktubu ilə əlaqələndirilir.
Yanvarın 20-də inauqurasiyadan sonra Tramp ABŞ-da platformanın bloklanmasını ən azı 75 gün təxirə salmağı nəzərdə tutan sərəncam imzalayıb. O, həmçinin jurnalistlərə bildirib ki, ABŞ TikTok-un yarısına sahib olmalıdır, lakin bunun dəqiq nə demək olduğunu izah etməyib.
ABŞ-nin 46-cı prezidenti Cozef Bayden 2024-cü ildə Çin korporasiyası "ByteDance"ni bu ilin yanvarın 19-dək "TikTok"u ABŞ-də satmağa və ya fəaliyyətini dayandırmağa məcbur edən qanun imzalayıb. CNBC-nin məlumatına görə, ABŞ administrasiyası TikTok səhmlərinin 50 %-ni almaq üçün potensial iddiaçılar axtarır. Əsas iddiaçı "Oracle"ın baş direktoru Larri Ellisondur.
Oxşar xəbərlər
ABŞ-də “TikTok”un fəaliyyəti bərpa olunaraq “App Store” və “Google Play”ə qaytarılıb
ABŞ-də “TikTok” fəaliyyətini dayandırıb - YENİLƏNİB
Tramp: ABŞ TikTok-un yarısına sahib olmaq hüququna malik olmalıdır
“TikTok” ABŞ-də fəaliyyətini dayandırır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
