ETX Azərbaycan-Fransız Universiteti ilə Anlaşma Memorandumu imzalayıb
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdindəki Azərbaycan-Fransız Universiteti (UFAZ) arasında Anlaşma Memorandumu imzalanıb.
"Report" nazirliyə istinadən xəbər verir ki, sənədin əsas məqsədi informasiya təhlükəsizliyi və fərdi məlumatların mühafizəsi, həmçinin sosial şəbəkələrdən istifadə qaydaları üzrə ictimai məlumatlılığın artırılması istiqamətində birgə fəaliyyətin təşkil edilməsidir.
Əməkdaşlıq çərçivəsində ETX-nin UFAZ-da təhsil alan tələbələr üçün bilik mübadiləsi sessiyaları, maarifləndirici tədbir və təlimlər təşkil etməsi, həmçinin qurum nümayəndələrinin universitetin təşkil etdiyi tədbirlərdə qonaq spiker qismində çıxış etməsi nəzərdə tutulur.
Oxşar xəbərlər
Azərbaycan və Qazaxıstan İKT sahəsində Anlaşma Memorandumu imzalayıb
Azərbaycanla Qazaxıstan arasında informasiya təhlükəsizliyi sahəsində Anlaşma Memorandumu imzalanıb
Azərbaycanla Qazaxıstan arasında Anlaşma Memorandumu imzalanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ilk hissə bitib - YENİLƏNİR-2
-
İran nümayəndə heyəti İsveçrəyə gedib
