RİNN-in dəstəyi ilə “INNOSUMMIT” infosessiyası keçirilib
sizinxeber.az xəbər saytı

RİNN-in dəstəyi ilə “INNOSUMMIT” infosessiyası keçirilib


Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) dəstəyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin və “İnnovasiya Könüllüləri” İctimai Birliyinin birgə təşkilatçılığı, Azərbaycan İnnovasiya Mərkəzinin tərəfdaşlığı ilə “INNOSUMMIT” infosessiyası keçirilib.

Bu barədə "APA-Economics"ə RİNN-dən bildirilib.

Tədbirin açılış mərasimində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İnsan kapitalı departamentinin rəhbəri Gülnarə Osmanova çıxış edərək qurumun fəaliyyət istiqamətləri, həyata keçirdiyi layihələr barədə məlumat verib.

“İnnovasiya Könüllüləri” İctimai Birliyinin baş katibi Təhmasib İmaməliyev çıxışında “INNOSUMMIT”in innovativ düşüncəli gəncləri bir araya gətirən, onların ideyalarının reallaşmasına dəstək verən mühüm platforma olduğunu vurğulayıb.

İnfosessiya çərçivəsində “MyGov” platforması, Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi, “Digital Bridge”, “Digital Finance” təşəbbüsləri, Rəqəmsal Sənəd Dövriyyəsi və “Holberton School” barədə təqdimatlar edilib.

Sessiyalar interaktiv formatda keçirilib. İştirakçılar suallar verərək innovasiyayönümlü layihələr, rəqəmsal xidmətlər və İKT sahəsində təhsil imkanları barədə ətraflı məlumatlar əldə ediblər.

Oxşar xəbərlər

Azərbaycan İnnovasiya Mərkəzi açılıb
Rəqəmsal layihələrlə zəngin UNEC İnnovasiya Həftəsi uğurla başa çatıb
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin vəsaitindən yeni istifadə qaydası təsdiqlənib
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin ayıracağı qrantın maksimum həcmi müəyyənləşib
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi zərərini 65 % artırıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle