Azərbaycan və Dünya İqtisadi Forumu yeni əməkdaşlıq planını müzakirə edib
Azərbaycan və Dünya İqtisadi Forumu (DİF) arasında 2026-cı il üçün əməkdaşlıq planı müzakirə edilib.
"Sizinxeber.az" bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, nazirliyin tabeliyindəki IV Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov DİF-in Qabaqcıl Texnologiyalar və İnnovasiya Mərkəzinin Strateji təsir üzrə rəhbəri Manju Corcla görüş keçirib.
Tərəflər əməkdaşlıq planı çərçivəsində prioritet istiqamətlər üzrə fikir mübadiləsi aparıblar. Xüsusilə, sənaye klasterlərinin transformasiyası və enerji sektorunda süni intellekt tətbiqləri, Strateji İntellekt platforması, Qlobal mayak şəbəkəsi, "TradeTech", "GovTech" və Süni İntellekt İdarəetmə Alyansı kimi qlobal təşəbbüslər üzrə əməkdaşlıq imkanları müzakirə olunub.
Görüşdə 4Sİ Azərbaycan mərkəzinin DİF-in ən aktiv 3 mərkəzindən biri olduğu qeyd olunub. Həmçinin DİF-in 4Sİ Mərkəzləri şəbəkəsi ilə əməkdaşlığın gücləndirilməsi, birgə tədbirlərin təşkili və Azərbaycanın 4-cü Sənaye İnqilabı üzrə qlobal təşəbbüslərdə iştirakının genişləndirilməsi perspektivləri nəzərdən keçirilib.
Oxşar xəbərlər
Fariz Cəfərov: "Hər bir dövlətin süni intellekt strategiyası olmalıdır"
Fariz Cəfərov: “Qlobal süni intellekt bazarı 2026-cı ilə qədər 500 milyard dollara çatacaq”
Azərbaycanın süni intellekt irəliləyişləri beynəlxalq konfransında təqdim edilib
Azərbaycan WEF ilə birgə enerji sahəsində süni intellektin tətbiqi layihəsini həyata keçirir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
