"Dövlət Xidmətlərinin Elektron Reyestri" informasiya sistemi haqqında Əsasnamə" təsdiq edilib
sizinxeber.az xəbər saytı

"Dövlət Xidmətlərinin Elektron Reyestri" informasiya sistemi haqqında Əsasnamə" təsdiq edilib


Nazirlər Kabineti "Dövlət xidmətlərinin reqlamentinin nümunəvi forması"nı, "Dövlət Xidmətlərinin Elektron Reyestri" informasiya sisteminə daxil ediləcək məlumatların siyahısı"nı və "Dövlət Xidmətlərinin Elektron Reyestri" informasiya sistemi haqqında Əsasnamə"ni təsdiqləyib.

"Report" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə Dövlət Xidmətlərinin Elektron Reyestrinin (DXER) "Hökumət buludu"nda yerləşdirilməsini, habelə DXER-in "Dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestri"nə və fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrinə daxil edilməsi üçün tədbirlər görməsi tapşırılıb.

Həmçinin DXER-də formalaşan açıq məlumatların "Açıq məlumatlar" portalında yerləşdirilməsini təmin edilməsi tapşırılıb.

Oxşar xəbərlər

Azərbaycanda bir sıra elektron reyestrlə bağlı informasiya sisteminin əsasnaməsi təsdiqlənib
"Vahid elektron arxiv" informasiya sistemi haqqında Əsasnamə" təsdiq edilib
Uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankının nüsxəsi “Hökumət buludu”nda yerləşdiriləcək
“e-mühasibat” informasiya sistemi haqqında əsasnamə təsdiq ediləcək
“Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin Siyahısı” genişləndirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər