Mircəlal Bağırov: "Kibertəhlükəsizlik məsafə yarışı deyil"
sizinxeber.az xəbər saytı

Mircəlal Bağırov: "Kibertəhlükəsizlik məsafə yarışı deyil"


Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası (AKTA) ölkəni rəqəmsal qarşıdurmanın sıravi iştirakçısından onun daimi qalibinə çevirəcək yanaşmanın tətbiqi üzərində işləyir.

"Report" xəbər verir ki, bunu "TechPro DC" şirkətinin kommersiya direktoru Mircəlal Bağırov "Kiberinsidentlərə reaksiya - Binalyze Modern DFIR" adlı seminarda bildirib.

"Bu ildən AKTA-nın İnnovasiyalar Komitəsinə rəhbərlik etmək şərəfinə nail oldum, buna görə də bugünkü birgə çıxış mənim üçün xüsusilə əhəmiyyətlidir. Bu sonsuz mübarizədə bazarımızın zərərçəkən tərəf deyil, həmişə qalib gələn tərəf olması üçün bazarda düzgün yanaşma formalaşdırmağa çalışırıq", - o qeyd edib.

Onun sözlərinə görə, kibertəhlükəsizlik məsafə yarışı deyil, heç vaxt bitməyən bir oyundur: "Bu oyunda adətən ən güclü deyil, vəziyyəti ən tez təhlil edən, qərar qəbul edən və maksimum çevik hərəkət edən qalib gəlir".

Oxşar xəbərlər

AKTA-ya yeni icraçı direktor təyin edilib
Pənah Musayev: "Kiber Yay Məktəbi" hər il daha çox iştirakçı ilə yadda qalır
Rektor: “Kiber Yay Məktəbi" kadrların hazırlanması istiqamətində unikal layihədir
“Kiber Yay Məktəbi - 2025”in rəsmi açılış mərasimi baş tutub
Samir Məmmədov: “Kibertəhlükəsizlik milli təhlükəsizlik məsələsinə çevrilib”

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər