Gəncə İnnovasiya Mərkəzi bu ilin sonuna qədər açılacaq
Bu ilin sonuna qədər Gəncə İnnovasiya Mərkəzinin açılışı planlaşdırılır.
"Sizinxeber.az" xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə Heyətinin sədri Fərid Osmanov “Yaşıl və Rəqəmsal İpək Yolu” beynəlxalq akselerasiya proqramının açılış tədbirində deyib.
Onun sözlərinə görə, yaxın zamanlarda Naxçıvan Dövlət Universitetində də müvafiq klaster formalaşdırılacaq: "Məqsədimiz nəinki Bakıda, eləcə də regionlarda startap ekosisteminin quruculuğunda həm maddi, həm mənəvi, həm də bu kimi akselerasiya proqramlarının dəstəklənməsidir".
O bildirib ki, bu gün startap ekosisteminin formalaşmasında 5 mühüm sahə var: “Onlar bizim strateji baxışımızın əsasını təşkil edir. Bunlar innovativ düşüncənin formalaşdırılması, maliyyə əlçatanlığının artırılmasıdır. Həm agentlik tərəfindən, həm də dövlət dəstəyi ilə Azərbaycanda "Caucasus Ventures" vençur fondu yaradılıb. Həmin fondla bərabər əlavə üç maliyyə institutunun formalaşdırılması üzərində iş həyata keçirilir. Artıq "İnmerge" fondu formalaşdırılıb və yaxın zamanlarda fəaliyyətə başlayacaq".
Çıxışının sonunda F.Osmanov açılışı keçirilən akselerasiya proqramlarından böyük gözləntilər olduğunu diqqətə çatdıraraq, Agentlik olaraq layihənin istənilən mərhələsində dəstəkçi olmağa hazır olduqlarını vurğulayıb.
Oxşar xəbərlər
Bu il Gəncədə innovasiya mərkəzi açılacaq
Azərbaycanın ilk vençur fondu 25 startapa 1,5 milyon dollar investisiya yatıracaq
Agentlik: Bu il 65 startap özünü minimal işlək məhsul səviyyəsinə çatdırıb
Gələn ay Azərbaycanda ilk innovasiya mərkəzləri yaradılacaq
Azərbaycan İnnovasiya Mərkəzi açılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Azercell"də dəyişiklik - Bu xidmətləri də dayandırır
-
“e-Sosial” portalında yenilik əlilliyi olan şəxslər üçün istifadə rahatlığının artırılmasına xidmət edir – AÇIQLAMA
-
Azərbaycanda bəzi cərimələr sərtləşdirilir
-
Deputat: Qızıl ehtiyatlarının artması dəyər qazanan aktivlərə daha çox vəsaitin yönəldilməsinə imkan yaradır
-
Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib
-
Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib








