Fərid Osmanov: Kibertəhlükəsizliyin gücləndirilməsi istiqamətində genişmiqyaslı işlər görülür
Dünya üzrə rəqəmsal inkişafın gətirdiyi üstünlüklərlə yanaşı, müəyyən risk və təhlükələr də az deyil. Buna görə də dövlət qurumlarının, özəl sektorun və fərdi istifadəçilərin rəqəmsal transformasiyanın davamlı və təhlükəsiz şəkildə reallaşması üçün kibertəhlükəsizlik məsələlərinə xüsusi önəm verməsi son dərəcə vacibdir.
“Sizinxeber.az-Economics” xəbər verir ki, bunu bu gün Bakıda keçirilən “Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin” növbəti məzun günündə çıxışında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin idarə heyətinin sədri Fərid Osmanov deyib.
O bildirib ki, hazırda Azərbaycanda kibertəhlükəsizliyin gücləndirilməsi istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir: “2023-cü il avqustun 28-də Prezident İlham Əliyev tərəfindən təsdiqlənən “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023–2027-ci illər üçün Strategiyası”nın tədbirlər planında informasiya təhlükəsizliyi riskləri reyestrinin yaradılması, insidentlərin monitorinqi, süni intellektin tətbiq sahələrinin genişləndirilməsi və fərdi məlumatların qorunması kimi vacib istiqamətlər yer alır. Strategiyada xüsusi diqqət yetirilən sahələrdən biri də ixtisaslı kadr potensialının inkişafıdır. Bundan əlavə, cari ilin yanvar ayında təsdiqlənən Rəqəmsal İnkişaf Konsepsiyası çərçivəsində də rəqəmsal cəmiyyətə keçid və rəqəmsal inkişafın təmin olunması məqsədilə kadr potensialının gücləndirilməsi istiqamətində bir sıra tədbirlərin həyata keçirilməsi planlaşdırılır. Bu çərçivədə əhalinin rəqəmsal savadlılığının və kiberməlumatlılığının artırılması, müasir İKT sahəsində peşəkar mütəxəssislərin hazırlanması, müxtəlif təlim proqramlarının təşkili, həmçinin dövlət və özəl sektor arasında əməkdaşlıq yolu ilə kadr potensialının inkişaf etdirilməsi nəzərdə tutulur”.
Oxşar xəbərlər
Media nümayəndələri üçün kibertəhlükəsizlik mövzusunda təlim keçirilir
İRİA: Əhalinin 25%-i minimal təhlükəsizlik komponentlərinə cavab vermir
Media nümayəndələri üçün kibertəhlükəsizlik mövzusunda təlim keçirilib - YENİLƏNİB
ETX: İnformasiya təhlükəsizliyi ilə bağlı minimal kibertəhlükəsizlik tələbləri formalaşdırılır
Daha 60 nəfər Azərbaycan Kibertəhlükəsizlik Mərkəzindən məzun olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Azercell"də dəyişiklik - Bu xidmətləri də dayandırır
-
Azərbaycanda bəzi cərimələr sərtləşdirilir
-
“e-Sosial” portalında yenilik əlilliyi olan şəxslər üçün istifadə rahatlığının artırılmasına xidmət edir – AÇIQLAMA
-
Deputat: Qızıl ehtiyatlarının artması dəyər qazanan aktivlərə daha çox vəsaitin yönəldilməsinə imkan yaradır
-
Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib
-
Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib








