Bakıda Azərbaycan və Türkiyə radioelektron mübarizə bölmələrinin birgə təlimi keçirilib
sizinxeber.az xəbər saytı

Bakıda Azərbaycan və Türkiyə radioelektron mübarizə bölmələrinin birgə təlimi keçirilib


Bakıda Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının iştirakı ilə "Radioelektron mübarizə bölmələrinin birgə taktiki-xüsusi təlimi" keçirilib.

Bu barədə "Sizinxeber.az"a Azərbaycanın Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, mayın 8-də Müdafiə Nazirliyinin rəhbərliyi və digər vəzifəli şəxslər təlimin gedişatını izləyib.

Müdafiə naziri general-polkovnik Zakir Həsənova təlimin mövzusu, mərhələləri və icra olunma ardıcıllığı məruzə edilib.

Bildirilib ki, şəxsi heyətin nəzəri və praktiki vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilən təlimdə iştirakçılar yüksək texnologiyaların tədbiqi ilə müxtəlif qoşun növləri ilə qarşılıqlı əlaqədə müasir döyüş üsullarını məşq edib, qarşıya qoyulan tapşırıqları yüksək keyfiyyətlə icra edərək məqsədlərə nail olublar.

Müdafiə Nazirliyinin rəhbərliyi bölmələrin taktiki-xüsusi fəaliyyətlərini və şəxsi heyətin döyüş hazırlığını yüksək qiymətləndirib.

Bakıda Azərbaycan və Türkiyə radioelektron mübarizə bölmələrinin birgə təlimi keçirilib

Oxşar xəbərlər

Azərbaycan-Türkiyə birgə taktiki-xüsusi təlimi keçirilib - VİDEO
Azərbaycan-Türkiyə birgə taktiki-xüsusi təlimi keçirilib
Müdafiə Nazirliyinin rəhbərliyi Quru Qoşunlarının komanda-qərargah təlimini izləyib
Zakir Həsənov və Hikmət Mirzəyev şərti sərhəddə olublar, bölmələrə tapşırıqlar verilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər