Müdafiə Nazirliyinin rəhbərliyi Quru Qoşunlarının komanda-qərargah təlimini izləyib
Müdafiə Nazirliyinin rəhbər heyəti 2025-ci ilin hazırlıq planına əsasən, Quru Qoşunlarında keçirilən komanda-qərargah təlimini izləyib.
Bu barədə "Report"a nazirlikdən məlumat verilib.
Bildirilib ki, xəritə üzərində tapşırıqlar dəqiqləşdirildikdən sonra komandir heyətinin qərarlara dair müvafiq məruzələri dinlənilib.
Müdafiə naziri general-polkovnik Zakir Həsənova məruzə olunub ki, plana uyğun olaraq, "Həyəcan" siqnalı ilə qaldırılan bölmələr təlim rayonlarına çıxarılıb. Döyüşə hazırolma vəziyyətinə gətirilmə üzrə ərazidə maskalanma və mühafizənin təşkilinə dair fəaliyyətləri yerinə yetirən bölmələr, həmçinin müasir üsul və vasitələrin tətbiqi ilə döyüşaparma və özünümüdafiə üzrə məşğələləri icra ediblər.
Müdafiə naziri bölmələrin müxtəlif döyüşə hazırolma vəziyyətlərinə gətirilməsi zamanı komandirlərin qərar qəbuletmə və idarəetmə bacarıqlarının təkmilləşdirilməsi, qərargahlar və bölmələr arasında qarşılıqlı əlaqənin təmin olunması məqsədilə keçirilən təlimin gedişatını müsbət qiymətləndirib.
General-polkovnik Z.Həsənov şəxsi heyətin peşəkarlığının və döyüş hazırlığının daha da təkmilləşdirilməsi məqsədilə aidiyyəti vəzifəli şəxslər qarşısında konkret tapşırıqlar qoyub.
Oxşar xəbərlər
MN rəhbərliyi Quru Qoşunlarının komanda-qərargah təlimini izləyib, tapşırıqlar verilib
Azərbaycan Ordusunun artilleriya bölmələrinin xüsusi təlimi keçirilir
MN: Tank bölmələri şərti düşmənə yaxınlaşma, hədəflərin məhv edilməsi üzrə tapşırıqlar icra ediblər
Ordunun müxtəlif bölmələri dağlıq və meşəlik ərazilərdə şərti döyüş tapşırıqları icra ediblər
Naxçıvanda şərti düşmənin planlı və plandankənar hədəfləri məhv edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













