İstanbulda "SAHA 2026" hərbi sərgisinin bağlanış mərasimi keçirilib
sizinxeber.az xəbər saytı

İstanbulda "SAHA 2026" hərbi sərgisinin bağlanış mərasimi keçirilib


İstanbulda Avropanın ən böyük hərbi sərgisi olan "SAHA 2026" Beynəlxalq Müdafiə, Aviasiya və Kosmik Sənaye Sərgisinin bağlanış mərasimi keçirilib.

"Report"un Türkiyəyə ezam olunan əməkdaşı xəbər verir ki, mərasimdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, dövlət rəsmləri iştirak edib.

Sərginin rəsmi hissəsi başa çatıb, sabahdan sərgi ziyarətçilər üçün açıq olacaq.

Qeyd edək ki, 120-dən çox ölkənin qatıldığı sərgidə 263-ü beynəlxalq olmaqla 1700-dən çox şirkətin məhsulları nümayiş etdirilib.

Sərgidə 140-dan çox rəsmi heyət, 800-dən artıq rəsmi heyət üzvü, 200-dən çox ticarət nümayəndə heyəti iştirak edib.

Azərbaycan bu il sərgidə 12 şirkət və qurumla təmsil olunub.

Oxşar xəbərlər

İstanbulda "SAHA 2026" Beynəlxalq Müdafiə, Aviasiya və Kosmik Sənaye Sərgisi keçirilir
Ərdoğan "SAHA 2026" sərgisini ziyarət edib
Aqil Qurbanov İstanbulda "SAHA 2026" sərgisində iştirak edir
Ərdoğan: Türkiyə müdafiə sənayesi sahəsində etibarlı ölkəyə çevrilib
Aqil Qurbanov "SAHA 2026"da stendlərlə tanış olub, görüşlər keçirib - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər