İstanbulda "SAHA 2026" Beynəlxalq Müdafiə, Aviasiya və Kosmik Sənaye Sərgisi keçirilir
sizinxeber.az xəbər saytı

İstanbulda "SAHA 2026" Beynəlxalq Müdafiə, Aviasiya və Kosmik Sənaye Sərgisi keçirilir


Türkiyədə Avropanın ən böyük müdafiə sənayesi sərgisi olan "SAHA 2026" Beynəlxalq Müdafiə, Aviasiya və Kosmik Sənaye Sərgisi keçirilir.

"Sizinxeber.az"un Türkiyəyə ezam olunan əməkdaşı xəbər verir ki, sərgidə 120-dən çox ölkədən 263-ü beynəlxalq olmaqla 1700-dən çox şirkət öz məhsullarını nümayiş etdirir.

Sərgidə 140-dan çox rəsmi şəxs, 800-dən artıq rəsmi heyət üzvü, 200-dən çox ticarət nümayəndə heyəti iştirak edir. Bundan əlavə, 25-dən çox xarici nazirin və yüksək səviyyəli çoxsaylı hərbi rəsmilərin iştirakı gözlənilir.

Qapalı və açıq olmaqla ümumilikdə 400 min kvadratmetr sahədə keçiriləcək "SAHA 2026" Türkiyədə bu günə qədər olan ən böyük tədbirlərdən birinə imza atır.

Oxşar xəbərlər

ASELSAN yeni texnologiyaları “SAHA 2026”da təqdim edəcək
Müdafiə Nazirliyinin rəhbərliyi “SAHA EXPO 2024” sərgisinin açılış mərasimində iştirak edib
"ADEX 2024" sərgisində iştirak edəcək Türkiyə şirkətlərinin sayı açıqlanıb
Azərbaycan məhsulları "DSA 2026" sərgisində nümayiş etdirilir
BƏƏ-də Beynəlxalq Müdafiə Sənayesi Sərgisi başlayıb, Azərbaycan nümayəndə heyəti görüşlər keçirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər