Aqil Qurbanov "SAHA 2026"da stendlərlə tanış olub, görüşlər keçirib - YENİLƏNİB
Azərbaycan müdafiə nazirinin müavini Aqil Qurbanov İstanbulda keçirilən "SAHA 2026" Beynəlxalq Müdafiə və Aerokosmik Sərgisində stendləri gəzib.
"Report"un Türkiyəyə ezam olunan əməkdaşı xəbər verir ki, o, sərgi pavilyonlarında nümayiş etdirilən müxtəlif stendlərlə tanış olub, müdafiə sənayesi sahəsində fəaliyyət göstərən yerli və xarici şirkətlərin məhsul və yeniliklərini nəzərdən keçirib.
Nazir müavini həmçinin sərgidə iştirak edən xarici şirkət nümayəndələri və rəsmi şəxslərlə də görüşlər keçirib.
Görüşlər zamanı müdafiə sənayesində əməkdaşlıq imkanları, texnoloji yeniliklər və gələcək layihələr barədə fikir mübadiləsi aparılıb.
Azərbaycan müdafiə nazirinin müavini Aqil Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti İstanbulda "SAHA 2026" Beynəlxalq Müdafiə və Aerokosmik Sərgisində iştirak edir.
"Report"un Türkiyəyə ezam olunan əməkdaşı xəbər verir ki, Aqil Qurbanovun rəhbərlik etdiyi heyət Müdafiə Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Miras" şirkətində də görüşlər keçirəcək.
Bu görüşlərdə müdafiə sənayesi məhsullarının istehsalı, texnoloji inkişaf istiqamətləri və qarşılıqlı əməkdaşlıq perspektivləri diqqət mərkəzində olacaq.
Oxşar xəbərlər
Aqil Qurbanov İstanbulda "SAHA 2026" sərgisində iştirak edir
HDQ komandanı "SAHA 2026" sərgisində müasir hərbi dəniz sistemləri ilə tanış olub
Vüqar Mustafayev "SAHA 2026"da müdafiə sənayesi üzrə əməkdaşlığın genişləndirilməsini müzakirə edib - YENİLƏNİB
Vüqar Mustafayev İstanbulda "SAHA 2026" sərgisində iştirak edir
Vüqar Mustafayev "SAHA 2026"da müdafiə sənayesi üzrə əməkdaşlığı müzakirə edib - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
