Ərdoğan: Türkiyə müdafiə sənayesi sahəsində etibarlı ölkəyə çevrilib
sizinxeber.az xəbər saytı

Ərdoğan: Türkiyə müdafiə sənayesi sahəsində etibarlı ölkəyə çevrilib


Türkiyə müdafiə sənayesi sahəsində etibarlı ölkəyə çevrilib.

"Sizinxeber.az"un Türkiyəyə ezam olunan müxbiri xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "SAHA 2026" Beynəlxalq Müdafiə, Aviasiya və Kosmik Sənaye Sərgisinin bağlanış mərasimindəki çıxışında deyib.

Türkiyə Prezidenti bildirib ki, "SAHA 2026"da 200-dən çox yeni silah ilk dəfə nümayiş etdirilib:

"Bundan çox məmnunuq. Məqsədimiz Türkiyənin müdafiə sənayesi sahəsində hər bir avadanlığı özünün istehsal etməsidir. Bu istiqamətdə işlər aparılır. Bu gün Türkiyə müdafiə sənayesi sahəsində etibarlı ölkəyə çevrilib".

O, hazırda Türkiyənin müdafiə sənayesi sahəsində istehsala görə dünyada ilk 15 dövlət arasında olduğunu vurğulayıb:

"Əsas məqsəd yaxın zamanda ilk 10 ölkə arasına yer almaqdır. Türkiyə nə zaman nəyisə istehsal etməyə başlayanda bəziləri "almaq istehsal etməkdən daha yaxşıdır" deyə buna qarşı çıxırdılar. Biz bununla razılaşmadıq, embarqolarla üzləşdik, amma geri çəkilmədik. Kim bizim qarşımıza çıxsa, gələcəyimizə göz diksə, onun biləyini bükərik".

Oxşar xəbərlər

Haluk Görgün: Türkiyə son bir ildə 185 ölkəyə 10,5 milyard dollarlıq müdafiə və aviasiya məhsulu ixrac edib
Ərdoğan "SAHA 2026" sərgisini ziyarət edib
Haluk Bayraktar: Azərbaycanla Türkiyə müdafiə sənayesi sahəsində əməkdaşlığı daha da gücləndirir
Vüqar Mustafayev Türkiyədə müdafiə sənayesində yeni texnologiyaların tətbiqini müzakirə edib
Azərbaycan və Türkiyə zirehli texnikaların modernizasiyası üzrə əməkdaşlığa başlayır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər