Sabah Azərbaycanda 27 dərəcə isti olacaq
sizinxeber.az xəbər saytı

Sabah Azərbaycanda 27 dərəcə isti olacaq


Aprelin 6-da gözlənilən hava şəraiti açıqlanıb.

Sabah Bakıda və Abşeron yarımadasında hansı hava şəraiti gözlənilir?

Milli Hidrometeorologiya Xidmətindən Sizinxeber.az-ya verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu neçə dərəcə olacaq?

Havanın temperaturu gecə 9-13° isti, gündüz 21-26° isti olacaq. Atmosfer təzyiqi 753 mm civə sütunundan 759 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 50-60 % olacaq.

Sabah rayonlarımızda hava necə olacaq?

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensivləşəcəyi, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Gündüz yağıntılar tədricən kəsiləcək. Gecə və səhər arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Rayonlarımızda havanın temperaturu necə olacaq?

Havanın temperaturu gecə 9-13° isti, gündüz 22-27° isti, dağlarda gecə 2-7° isti, gündüz 12-17° isti olacaq.

Oxşar xəbərlər

Sabah 30 dərəcə isti olacaq - PROQNOZ
Sabah 27 dərəcə isti olacaq
Sabah bəzi yerlərdə duman olacaq
Sabah bəzi yerlərə dolu düşəcək
Sabah 39 dərəcə isti olacaq - PROQNOZ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər