Yağış yağacaq, dolu düşəcək, külək güclənəcək - SABAHIN HAVASI
Martın 23-də gözlənilən hava proqnozu açıqlanıb.
Bakıda və Abşeron yarımadasında hava necə olacaq?
Milli Hidrometeorologiya Xidmətindən Sizinxeber.az-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə arabir yağıntılı olacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 4-7° isti, gündüz 8-12° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.
Azərbaycanın rayonlarında hava necə olacaq?
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, bəzi dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Arabir güclənən qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 2-7° isti, gündüz 9-14° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-3° şaxta olacaq.
Oxşar xəbərlər
Bayram gününün hava proqnozu açıqlanıb
Sabahın havası açıqlanıb
Leysan yağacaq, dolu düşəcək - SABAHIN HAVASI
Yağış yağacaq, dolu düşəcək - SABAHIN HAVASI
Sabah arabir yağış yağacaq, külək əsəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda hərbi xidmətə çağırışla bağlı YENİLİK
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi
-
Borcu olan şirkət nizamnamə kapitalını azaltdı
-
Bakı Metropolitenində işçilərin ixtisarına başlanılıb?
-
Maliyyə naziri: “Gələn il qeyri-neft-qaz sektorunda ciddi vergi artımı yoxdur”
-
Bu ölkənin viza qiyməti artdı












