Dağlıq rayonlarda qar yağıb - FAKTİKİ HAVA
sizinxeber.az xəbər saytı

Dağlıq rayonlarda qar yağıb - FAKTİKİ HAVA


Yanvarın 21-i saat 10:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Sizinxeber.az-ya verilən xəbərə, yanvarın 21-i saat 10:00-a olan məlumatına əsasən əksər rayonlarda hava şəraiti yağmursuz keçib.

Lakin 20-də bəzi şərq rayonlarında arabir yağıntılı olub.

Belə ki, düşən yağıntının miqdarı Biləsuvar, Yardımlıda 2, Ordubad, Şəki, Şabran, Astarada eyni zamanda Bakıda və Abşeron yarımadasında 1 mm-dir.

Dağlıq rayonlarda qar yağıb, yağan qarın hündürlüyü Qrızda (Quba) 16, Altıağacda 9, Lerik, Şamaxıda 3, Şahbuzda 2, Xaltan, Lənkəran, Qobustan, Daşkəsəndə 1 sm-dir.

Qərb küləyi əsib, sarı xəbərdarlığa uyğun olaraq arabir Şahdağda 20 m/s, Goranboyda 19 m/s, Naftalanda 18 m/s, Mingəçevirdə 16 m/s-dək güclənib.

Şamaxı, Qrız, Şahdağ, Lerik, Şəki, Qubada duman müşahidə olunub, dumanda görünüş 500 metrədək məhdudlaşıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 3, Aran rayonlarında 2 dərəcə şaxtadan 5 dərəcəyədək isti, Naxçıvan MR-da və dağlıq rayonlarda 8 dərəcəyədək şaxta qeydə alınıb

Oxşar xəbərlər

Əksər rayonlarda hava yağmursuz olub - FAKTİKİ HAVA [xfgiven_updateblue][/xfgiven_updateblue]
Dağlıq rayonlarda qar yağıb, 15 dərəcə şaxta olub - FAKTİKİ HAVA [xfgiven_updateblue][/xfgiven_updateblue]
Dağlıq rayonlara qar yağır - FAKTİKİ HAVA [xfgiven_updateblue][/xfgiven_updateblue]
Dağlıq rayonlara qar yağır - FAKTİKİ HAVA - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Dağlıq ərazilərə qar yağıb, dənizdə dalğanın hündürlüyü 2.6 metrə çatıb - FAKTİKİ HAVA [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle