Bakıda və bölgələrdə güclü külək əsəcək  - XƏBƏRDARLIQ
sizinxeber.az xəbər saytı

Bakıda və bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ


Dekabrın 17-18-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.

Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında, Kəlbəcər, Laçın, Zəngilan, Lerik, Yardımlı, Cəlilabad, Ağdaş, Ucar, Kürdəmir, Yevlax, Tərtər, Bərdə, Ağdam, Ağcabədi, Zərdab, Mingəçevir, Goranboy, Naftalan, Göygöl, Gəncə, Samux, Şabran, Xaçmaz, Qax, Ağsu, Balakən, Saatlı, Sabirabad, Salyan, Hacıqabul, Şirvan, Siyəzən, Biləsuvar, Quba, Daşkəsən, Gədəbəy, Şəmkir, Tovuz, Ağstafa, Qazaxda sarı xəbərdarlığa uyğun olaraq fasilələrlə cənub-qərb küləyi əsəcək və küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Neftçala, Oğuz, Qusar, Qəbələ, Şamaxı, İsmayıllı, Xızı, Şəki, Zaqatala, Qobustan, Göyçayda isə narıncı xəbərdarlığa uyğun olaraq fasilələrlə qərb küləyinin əsəcəyi və küləyin sürətinin 20.8-28.4 m/san olacağı gözlənilir.

Oxşar xəbərlər

Bakıda və bir sıra bölgələrdə güclü külək əsəcək
Bəzi yerlərdə küləyin sürəti saniyədə 28 metrə çatacaq
Bir sıra bölgələrdə külək güclənəcək
Bakıda və bəzi bölgələrdə külək güclənəcək, sarı və narıncı xəbərdarlıq verilib
Küləkli hava şəraiti ilə bağlı SARI XƏBƏRDARLIQ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər